BAKI TƏRƏNNÜMÜ İSTANBULA SƏS SALDI - VİDEO

 

"Azərbaycan rüzgarı"nın aparıcısı Səidə Ömər kələğayısı ilə Bakını simvolizə elədi

Türkiyədə İstanbulun Silivri rayonunda Bakı günü keçirilib. Tədbir Silivri rayon Milli Təhsil Müdirliyinin təşkilatçılığıyla baş tutub.

"Mədəniyyətlərimizə yön verən şəhərlər" layihəsi əsasında keçirilən tədbirin bu dəfəki mövzusu küləklər şəhəri Bakıdır.

Əvvəlcə Bakı şəhəri barədə film nümayiş olunub. Sonra filimdə əks olunan paytaxtımızın tarixi abidələri və müasir tikililər barədə məlumat verilib.

Tədbir haqqında Sozcu.info -a "BengüTürkTv"-nin "Azərbaycan rüzgarı" verilişinin müəllifi Səidə Ömər məlumat verib. Bu dəfə Bakı rüzgarını İstanbulda əsdirən Səidə Ömər tədbirin aparıcı iştirakçılarından biri olub.

Tədbirin digər aparıcısı sosial sahə üzrə elmi tədqiqatların müəllifi, yazar Mətin Yıldırım

"Bakı Qafqazın sönməyən ulduzudur!” ifadəsi ilə iştirakçıların hərarətli alqışlarını qazanan Mətin Yıldırım çıxışında paytaxtımızın memarlıq abidələri, təbii gözəlliyi, müasir inkişafı məsələlərindən bəhs edib.

Sonra teleaparıcı Səidə Ömər Azərbaycana aid şeir və folklor nümunələri ilə tamaşaçıların qarşısına çıxıb. Tədbir iştirakçılarını salamlayan teleaparıcı Bakını yaxından tanımaq üçün hər kəsi Azərbaycanın paytaxtına dəvət edib: "Bakı sabahları başqa möcüzədir, Bakı gecələri bir başqa möcüzə. Ona görə də mən mərhum sənətkarımız Şövkət Ələkbərovanın ifasında "Bakı gecələri" mahnısının müşayiətilə Bakını simvolizə edən milli rəqsimizi ifa elədim. İlk dəfə Azərbaycanın milli kələğayısı ilə öz rəqsimizi nümayış etdirdim. Çox maraqla qarşılandı. Bu tədbirin reallaşmasına, Azərbaycanın qardaş məmləkətimizdə ifadə olunmasına şərait yaradan hər kəsə təşəkkürümü bildirirəm".

Tədbirdə Səidə Ömər mərhum xalq şairimiz Rəsul Rzanın "Bakı" şeirini də səsləndirib.

İstanbulda Bakı gününə Silivridəki bütün məktəblilər və müəllimlər də qatılıb. Bakı gözəliyinin tərənnümü İstanbul sakinlərinin marağına səbəb olub.

Sozcu.info 

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}