ADP Azərbaycanın Ukrayna məsələsində bitərəf qalmasını qınadı - “İşğala məruz qalmış bir ölkə kimi bu addımı...”

ADP Azərbaycanın Ukrayna məsələsində bitərəf qalmasını qınadı - “İşğala məruz qalmış bir ölkə kimi bu addımı...”

 

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanən mətbuat xidmətindənSozcu.info verilən məlumata əsasən, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Toplantı iştirakçıları ilk növbədə ABŞ-ın Suriyadan geri çəkilməsi məsələsinə münasibət bildirib və bu addımın gerçəkləşməsi şəraitində Türkiyənin PKK-nın uzantısı olan PYD, YPG terror təşkilatlarına qarşı səmərəli və effektli mübarizə aparması işinə töhfə olacağına əminliyini ifadə edib. Qeyd olunub ki, Yaxın və Orta Şərqdə baş verən münaqişələrin hərbi yolla həllinə cəhd edilməsi regionda və eləcə də dünyada sülhün və təhlükəsizliyin pozulmasına xidmət etdiyindən bu cür problemlərin həllində dinc danışıqlar yoluna üstünlük verilməsi daha məqbul hesab edilməlidir.

İdarə Heyəti Avropa Birliyinin əsas qurumu və qanunverici orqanı sayılan Avropa Parlamentinin "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qəbul etdiyi qətnaməni də müzakirə edib. Müzakirələrdə AB-nin xarici siyasət istiqamətlərinin prioritetlərini müəyyən edən adı çəkilən qətnamədə AB-dən və bu quruma üzv olan dövlətlərdən "Şərq Tərəfdaşlığı” ölkələrində dondurulmuş münaqişələrə vahid mövqedən yanaşmanın tələb olunması, regional münaqişələrə "ikili standart”larla yanaşmanın qadağan edilməsi, bu münaqişələrin beynəlxalq hüquq normalarına uyğun olaraq tərəfdaş ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü prinsipləri əsasında tənzimlənməsinin qeyd olunması, Şərq Tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd-yuvasından didərgin düşmüş insanlara Avropa Birliyi tərəfindən yardım edilməsinin nəzərdə tutulması təqdir edilib və bu qətnamənin Azərbaycanın maraqlarına tam cavab verən bir sənəd kimi dəyərləndirilib. İdarə Heyəti Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində dinc danışıqlar yolu və ədalətli şəkildə həll edilməsi naminə Avropa Parlamentinin qəbul etdiyi qətnamədən səmərəli şəkildə yararlanmanın vacibliyini bildirirərək, Azərbaycan hakimiyyətini AB ilə "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində daha ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti BMT-də Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələnin müzakirələrində və qəbul edilən qərarlar zamanı Azərbaycan dövlətinin təmsilçisinin bitərəf mövqedə qalmasını ciddi şəkildə qınayıb, işğala məruz qalmış bir ölkə kimi bu addımı Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı olan addım kimi dəyərləndirib və Azərbaycan hakimiyyətindən məlum hadisə ilə bağlı izahat tələb edilib.

İdarə Heyəti İndoneziyada baş verən təbii fəlakət nəticəsində çoxlu sayda insanın həlak olmasından dərin üzüntü keçirdiyini bildirib, həlak olanların doğmalarına və bütövlükdə İndoneziya xalqına baş sağlığı ünvanlayıb, eyni zamanda Azərbaycan hakimiyyətini İndoneziyada baş vermiş təbii fəlakət zamanı ölən və yaralananların ailələrinə hər cür maddi və mənəvi dəstək verməyə çağırıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}