BMT ailəsindən qaçan 18 yaşlı səudiyyəli qızı himayəyə götürdü:"Məni öldürə bilərlər"

BMT ailəsindən qaçan 18 yaşlı səudiyyəli qızı himayəyə götürdü:"Məni öldürə bilərlər"

 

Səudiyyə Ərəbistanının təbəəsi, 18 yaşlı Rahaf Məhəmməd əl-Kunun BMT-nin Mühacirlər üzrə Ali Komissarlığının himayəsi altına alınıb.

Bu məlumatı "CNNTurk” yayıb.

Bildirilib ki, o, sığınacaq almaq məqsədilə Avstraliyaya getmək istəyirmiş. Ancaq sənədlərində problem olduğundan Taylandın paytaxtı Banqkokda onu saxlayıblar. Rahaf Məhəmməd əl-Kunun ailəsinə veriləcəyi təqdirdə, işgəncəyə məruz qalacağını bildirib: "Hətta məni öldürə də bilərlər. Bir dəfə saçımı kəsdirdiyim üçün ailəm məni 6 ay bağlı otaqda saxlamışdı”.

Bu səbəbdən o, "Twitter” səhifəsindən hadisəni dünya gündəminə çıxarıb.

Taylandın miqrasiya məsələləri üzrə məsul şəxsi Suraceyt Hakparn deyib ki, getmək istəməsə, ona zor tətbiq edilməyəcək.

Bu arada, atası Rahafla görüşmək üçün Taylanda səfər edib/Report.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}