Tbilisidə Nəriman Nərimanov haqqında iki dildə yazılmış monoqrafiyanın təqdimatı keçirilmişdir-FOTO

Tbilisidə Nəriman Nərimanov haqqında iki dildə yazılmış monoqrafiyanın təqdimatı keçirilmişdir-FOTO

 

Tbilisidə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin ofisində ədəbiyyatşünas, publisist mərhum Vəli Məmmədovun ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanov haqqında iki dildə-Azərbaycan və Gürcü dillərində yazdığı monoqrafiyasının təqdimatı olub. Qeyd etmək lazımdır ki, kitab ilk dəfə Bakıda 1957-ci ildə kiril əlifbası ilə nəşr edilmişdir. Kitab az tapılan kitablardan olduğundan, yeni nəsil onu oxuya bilmədiyindən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevin təşəbbüsü və maliyyə dəstəyi ilə tərcümə edilərək iki dildə nəşr olunmuşdur. Tədbiri konqresin sədi Əli Babayev açaraq mərhum Vəli Məmmədovu yaxşı tanıdığını, Bakıda təhsil aldığı vaxtlar onun işlədiyi yerdı təcrübə keçdiyini, qayğıkeş bir insan olduğunu və başqa nəcib xüsusiyyətlərini xüsusilə qeyd edərək bildirdi: "Gürcüstan Azərbaycanlıları üçün Nəriman Nərimanov və Vəli Məmmədov çox əzizdir. Təqdimatı bir növ Vəli Məmmədovun doğum gününə təsadüf etdik. Bu gündə onu bir daha yad etmək qərarına gəldik. Vəli Məmmədov bu kitabı ilə Nəriman Nərimanovu bizə daha da sevdirdi. Buna görə də ona hörmət etməyi, yad etməyi özümüzə borc bilirik." Kitabın tərtibçisi-tərcüməçisi Mirzə Məmmədoğlu çıxış edərək kitabın gürcü dilində nəşr olunmasının əhəmiyyətindən, tərcümə prosesində gürcü yazıçılarının ona göstərdikləri yardımdan, yazıçı olaraq Nəriman Nərimanovun yaradıcılığından danışmışdır. Kitabın redaktoru tanınmış gürcü yazıçısı Nariman (Naro Kolxeli) Yaşağaşvili bu cür kitabların gürcü dilinə, eləcə də Azərbaycan dilinə tərcümə olunmasının vacibliyini qeyd etdi. Yazışı, naşir Zurab Kobaliya Nəriman Nərimanov kimi şəxsiyyətin gürcülər tərəfindən tanınmasında bu cür kitablara ehtiyacın olduğunu, bir yazıçı kimi də gürcü oxucuları tərəfindən tanınmasının vacibliyini qeyd etdi və kitabın gürcü və Azərbaycan dilində birgə nəşr edildiyinin yaxşı hal olduğunu bildirdi. Bu kitabın formatını bəyənərək bir naşir olaraq onun nəşriyyatının da iki dildə-gürcü və meqrel dilində şeirlər və hekayələr kitabını nəşr etdiyini açıqladı.
Sonra tədbir iştirak edən azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri çıxış edərək öz ürək sözlərini söylədilər, Gürcüstandan çıxmış tanınmış şəxsiyyətlər barədə hər iki xalqa məlumatın verilməsinin əhəmiyyətini qeyd etdilər.
"Yeni Sözçü" qəzeti

Tbilisidə Nəriman Nərimanov haqqında iki dildə yazılmış monoqrafiyanın təqdimatı keçirilmişdir-FOTO

 

Tbilisidə Nəriman Nərimanov haqqında iki dildə yazılmış monoqrafiyanın təqdimatı keçirilmişdir-FOTO

 

Tbilisidə Nəriman Nərimanov haqqında iki dildə yazılmış monoqrafiyanın təqdimatı keçirilmişdir-FOTO

 

Tbilisidə Nəriman Nərimanov haqqında iki dildə yazılmış monoqrafiyanın təqdimatı keçirilmişdir-FOTO

 

Tbilisidə Nəriman Nərimanov haqqında iki dildə yazılmış monoqrafiyanın təqdimatı keçirilmişdir-FOTO

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}