Qazaxda ekskovator atəşə tutuldu - DAHA BİR ERMƏNİ TƏXRİBATI - FOTO

Qazaxda ekskovator atəşə tutuldu - DAHA BİR ERMƏNİ TƏXRİBATI - FOTO

 

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

Sozcu.info  Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, bu gün 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatora doğru 7,62 mm çaplı "PK” pulemyotundan və 12,7 mm çaplı "DŞK” pulemyotundan atəş açılıb, nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}