Davutoğlu Suriyadakı atəşkəsin Türkiyəyə aidiyyatının olmadığını dedi

"Atəşkəs Suriyada savaşan tərəflər üçün keçərlidir. Türkiyə istənilən tərəfdən təhdid edilərsə, dövlətimizin təhlükəsizliyi pozularsa, bu atəşkəs bizim qarşımızı ala bilməz".

 "Anadolu” agentliyi xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davutoğlu Konyadakı tədbirdə çıxışı zamanı vurğulayıb.

"YPG" və "PYD" (terrorçu PKK-nın Suriyadakı qolları) ünsürlərinə açıq-aşkar bildirirəm ki, "atəşkəsdir" deyib, Türkiyəyə qarşı fəaliyyətlərini davam etdirməsinlər. Əməllərinə diqqət etsinlər", - deyə o bildirib.

Xatırladaq ki, Türkiyə də Suriyadakı atəşkəsə qoşulduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ və Rusiya Suriyada atəşkəs rejiminin fevralın 27-də başlaması haqda razılığa gəlib. Silahlı münaqişədə iştirak edən tərəflər fevralın 26-sı günorta saatlarınadək atəşkəs rejiminə qoşulacaqlarını bildirməlidir. İŞİD və Ən-Nüsra silahlı qruplaşmalarından başqa bütün tərəflərdən bu rejimə qoşulmaları haqda cavab gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}