İcra Hakimiyyəti təkzib, DİN təsdiq etdi - Ermənilər tərəfə keçmək istəyən qəbələlilər haqda yeni açıqlama

Qəbələ rayon icra başçısının I müavini Abil Ağasəfərov qrup Qəbələ sakininin Ermənistana keçmək istəklərini təkzib etsə də, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az saytına faktı təsdiqləyib:

"Fevralın 27-də Qəbələnin, aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəliblər və məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildiriblər. Həmin vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar”.

E.Zahidov deyib ki, polis bölməsində 25 sakinin izahatı alınıb:

"Rayon Polis Şöbəsində onların hər birindən izahat alınıb, söhbət aparılıb. Şəxslər dərhal gəldikləri Qəbələ rayonuna yola salınıblar. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Məlumat üçün bildirək ki, 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla işğal altındakı Ağdam rayonuna keçərkən polis onları mühasirəyə alıb. Bildirilir ki, həmin 25 nəfər Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqlardan dolayı bu addımı atıblar. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}