“Access Bank” əməkdaşlarına qarşı şok saxtakarlıq iddiası - Vətəndaşların xəbəri olmadan adları “zamin” kimi yazılıb, indi də onlardan pul tutulur

“Access Bank” əməkdaşlarına qarşı şok saxtakarlıq iddiası - Vətəndaşların xəbəri olmadan adları “zamin” kimi yazılıb, indi də onlardan pul tutulur

 

Abşeron rayonunun Qobustan kəndində yaşayan Bayramov Habil Əlikram oğlu tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. "Access Bank”-ın rəhbərliyindən şikayət edən H.Bayramov saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edıb:

"Mən "Access Bank” QSC-dən 23 yanvar 2013-cü ildə 20 000 dollar kredit götürüb, istifadə etmişəm. Bankdan götürdüyüm 20 000 dollar pulun bir hissəsini - 7000 dollarını qaytarmışam. Qalıq əsas borc 13000 dollar olmalı idi.

Həm işsiz və xəstəliyimlə, həm devolvasiya ilə bağlı, həm də öhdəmdə 4 azyaşlı uşaq olduğuna görə aylıq ödəmələri vaxtında həyata keçirə bilmədim və bank məni məhkəməyə verdi. Mən də söz verdim ki, vəziyyətim düzələnə qədər hələlik hər ay 50-60 manat pul tapıb, hissə-hissə banka ödəyəcəyəm. Buna baxmayaraq 30 oktyabr 2017-ci ildə Sumqayıt Apellyasiya məhkəməsi Qobustan rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, iş N- 2(026)-255/ 2017 saylı Qərarını qismən qüvvədə saxlayaraq, qanunsuz hesablanmış cərimə borcumu silmiş, qalan hissədə isə qətnaməni dəyişdirmədən saxlamışdır.

Məhkəmə qətnaməsi işi hərtərəfli və tam aydılaşdırmasa da, imkansızlıqdan kassasiya şikayəti vermədim. Hazırda problemli məsələnin həlli Abşeron İcra Şöbəsinin icratına verilmişdir. İcraçılar demək olar ki, günaşırı mənə və 4 nəfər formal zamin dürmüş şəxslərə zəng edərək, bank borcunun dərhal qayatarılmasını tələb edirlər. Bu arada xüsusilə qeyd edim ki, mən "Access Bank” QSC-dən 23 yanvar 2013-cü ildə 20 000 dollar kredit götürdüyüm zaman sənədləşmədə heç bir zamin bank binasında mənim yanımda olmayıb və heç bir sənədə zamin durmaları barədə imza atmayıblar. Bu dörd nəfərdən tək birinin Eyvazov Yengibar Valeh oğlunun bank sənədində "imzas”I var. Lakin o, sənədi "imzaladığı” gün və tarixdə Yengibar Neft Daşlarında 15 günlük işdə olub. Yəni saxta imza olub. Qalan zaminlərin Rasim Fəsadovun, Adil Quliyevin, Mahir Niftalıyevin ümumiyyətlə zamin olmağa razılıq vermələri barədə imzaları olmamışdır.

Lakin bank işçisi həmin adamlara telefon açaraq, onların mənim kredit götürməyimə görə zamin durub-durmadıqları ilə bağlı suala hər biri ayrı ayrılıqda qəti olaraq yox cavabını vermişlər. Doğrudur, həmin adamlar 8-10 il əvvəl bankdan xırda kreditlər götürdüyüm zaman həqiqətən reallıqda öz razılıqları ilə mənə o vaxt zamin olmuşlar. Lakin 2013-cü ildə təkrar olaraq hamısı mənə zamin durmaqdan imtina etmişlər. Zamin olmaq istəməyən vətəndaşların qəti etirazlarına baxmayaraq, bank əməkdaşları onların adını zamin kimi formal qeyd edərək, sənədləşmə işlərini başa çatdırıb, mənə krediti ödəmişlər.

Mən ona görə, banka da, icra şöbəsinə də etiraz edirəm ki, əgər mən əsas borcluyamsa, qoy məndən götürüdüyüm pula görə hesablaşma tələb edilsin. Yoxsa, nəyə görə vətəndaşların razılıqları və imzaları olmadıqları halda onlardan "zamin duran şəxslər” kimi borcun ödənilməsi tələb olunur?

Hazırda mən icraçılara borcu hissə-hissə, ayda 50-60 manat ödəmək öhdəliyi götürdüyüm halda, adları saxtakarlıqla bank sənədlərində əks olunmuş bu şəxslərin üstlərinə düşməyin nə əsası var axı? Əslində kredit şöbəsinin əməkdaşları bu saxta sənədləşməyə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Belə vəziyyətdə, hesab edirəm ki, Abşeron İcra Şöbəsinin məmurları tərəfindən 4 nəfər zaminin ailələrinin hər gün telefon zənglərilə narahat edilməsi, hədə-qorxu gəlinməsi nə insanlığa, nə müsəlmançılığa, nə də hüquqa yaraşmır. Borcu mən götürmüşəm və mən də cavabdehəm, əl çəkin günahsız vətəndaşlardan.

Hörmətli "Access Bank” QSC-rəhbərliyi! Sizlərdən çox xahiş edirəm ki, bank əməkdaşları tərəfindən saxtakarlıqla zamin kimi sənədlərə qeyd edilmiş 4 nəfər vətəndaşdan mənim əvəzimə müştərək qaydada pul tutulması icrasının dayandırılmasına göstəriş verəsiniz. Mən də bank qarşısında öhdəlik götürürəm ki, bankın pulunu hissə-hissə ödəyəcəyəm”.

KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}