Nazirlər Kabinetindən Meydan TV-yə etiraz – “İdris Tekişin təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir”

Nazirlər Kabinetindən Meydan TV-yə etiraz – “İdris Tekişin təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir”

 

Azərbaycan Respublikası Baş naziri müavininin köməkçisi Ramin Talıblı Meydan TV-nin efirində səslənən ittihamlara cavab verib. Onun açıqlamasını olduğu kimi təqdim edirik:

"Onlayın yayımlanan maliyyəsinin haradan gəldiyi heç kəsə sir olmayan Meydan TV-nin 2019-cu il 7 fevral tarixdə "Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa..." başlıqlı video roliki ilə bağlı aşağıdakı açıqlamanı vermək istərdik.

Məluamt üçün bildiririk ki, İdris Tekişin Meydan TV-yə təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir. Onun təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir.

Mütellib Tekiş müalicələrini tamamlayıb və 4 ay bundan əvvəl Bakıya gələrək öz biznesi ilə məşğuldur.

Mütellib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşın xəstəxananın bütün müalicə xərcləri Elman Allahverdiyev tərəfindən ödənilmiş və reabilitasiya dönəmini başa vurmuşdur. Həmin xəstəxanan baş həkiminin xahişinə uyğun olaraq Songül Tekişin 2 aylıq əlavə profilaktik müayinə - müalicə məsələləri ilə bağlı xəstəxana ilə danışıqlar aparılır.

Əlavə olaraq bildiririk ki, videoda "emosyanal” çıxış edən İdris Tekiş qəzaya düşən Mütəllib Kekişin qardaşıdır. Mütəllib Tekiş və onun həyat yoladaşının müalicəsi üçün Nail Allahverdiyevin atası Elman Allahverdiyev tərəfindən verilən maliyyə yardımı hesabına İdris özünə şəxsi nəqliyyat vasitəsi almışdır.

Burada sual əmələ gəlir, nəyə görə danışmaq iqtidarında olan Azərbaycana tez-tez səfər edən Mütəllib Tekiş yox, onun qardaşı video görüntü paylaşır? Nəyə görə 2 il bundan əvvəl baş vermiş qəza ilə bağlı məsələni yenidən gündəmə Meydan TV gətirir?

Bunlar ona əsas verir ki, İdris Tekiş Meydan TV ilə əlbirdir və şantaj yolu ilə Elman Allahverdiyevdən maliyyə vəsaiti tələb etmək istəyirlər”.


Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}