Lənkəranda ana doğuşdan sonra öldü

Lənkəranda ana doğuşdan sonra öldü

 

Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ana ölümü baş verib.

Sozcu.info  xəbər verir ki, rayonun Osaküçə kənd sakini 1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də saat 13 radələrində xəstəxananın doğuş şöbəsinə daxil olub və qeysəriyyə əməliyyatı olunub. Həmin gün qadın və yeni doğulan oğlunun vəziyyəti yaxşı olsa da, mayın 2-də V.Quliyevada daxili qanaxma olub. Buna görə təkrar əməliyyata götürülüb və əməliyyat zamanı vəfat edib.

Lənkəran şəhər Prokurorluğunda araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}