Azərbaycanda qadın hamamda doğuş keçirdi - Körpə metlaxın üstünə düşdü

Azərbaycanda qadın hamamda doğuş keçirdi - Körpə metlaxın üstünə düşdü

 

Azərbaycanda qəfil doğuş nəticəsində doğulan körpə kəllə travması alaraq xəstəxanaya yerləşdirilib.

Sozcu.info  xəbər verir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin açıqladığı məlumata görə, ikinci hamiləliyi olan gənc qadın hamamda olarkən qəflətən sancısı başlayıb və sürətli doğuş nəticəsində dünyaya gələn körpə metlax döşəməyə düşərək kəllə travması alıb. Körpədə sağ təpə-gicgah sümüklərinin xətti sınığı nəticəsində böyük ölçülü epidural və subqaleal hematomalar inkişaf edib.

Körpə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə gətirilib: "Körpənin çəkisi 2,3 kiloqram, başı ovucdan kiçik idi. Belə kiçik körpələr qan itkisinə və cərrahi müdaxiləyə olduqca həssas olur, əməliyyat zamanı qan itkisinə çox diqqət etmək vacibdir”.

RMDM-in neyrocərrahı, uzman həkim Azər Əkbərov tərəfindən hematomalar xaric edilib və əməliyyatdan 3 gün sonra körpə stabil vəziyyətdə və nevroloji qüsur olmadan evinə yazılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}