Bakıda maşın reklam lövhəsinə çırpılaraq yanıb: ölən və xəsarət alan var

Bakıda maşın reklam lövhəsinə çırpılaraq yanıb: ölən və xəsarət alan var

 

Bu gün gecə saatlarında Bibiheybət yolunda yüksək sürətlə hərəkət edən avtomobil iri reklam lövhəsinə çırpılıb. Hadisə nəticəsində minik avtomobili yanaraq külə dönüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə barədə təcili yardıma saat 03:37-də məlumat daxil olub.

"Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir".

Sükan arxasında olan şəxsin öldüyü bildirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}