Toydan əvvəl gəlinlə cinsi münasibətdə olan bəy — Başından vuruldu

 

Türkiyənin İzmir şəhərində bu gün toyu olacaq bəy qaynı tərəfindən öldürülüb.

Hadisə bu gün səhər saat 9 radələrində baş verib. 24 yaşlı Tuqay Keser xına mərasimindən sonra toydan sonra nişanlısı ilə birlikdə qalacaqları evə gedib. İddialara görə Tuqayla yaşıd olan qaynı səhər saatlarında evin qabağına gedərək yeznəsinə zəng edib və qapının işləmədiyini deyərək açarı eyvandan atmasını istəyib.

Açarı götürdükdən sonra evə girən qayın özü ilə götürdüyü silahla Tuqayın başına 1 dəfə atəş açıb.

Silah səslərini eşidən məhəllə sakinləri polis və təcili tibbi yardım çağırıb. Hadisə yerinə gələn tibbi yardım heyəti Tuqay Keserin öldüyünü müəyyən edib. Polis qətldə şübhəli bilinən 24 yaşlı N.G-ni yaxalayıb.

Qeyd edək ki, cütlüyün evlənməmiş cinsi münasibətdə olduğu iddiası ilə ailələri arasında münaqişə olduğu bildirilib.\\Ölkə.Az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}