Polisin saxladığı sərxoş sürücü özünü DOĞRADI

Polisin saxladığı sərxoş sürücü özünü DOĞRADI

 

Daşkəsəndə sərxoş sürücü özünə xəsarət yetirib.

Sozcu.info xəbər verir ki, hadisə avqustun 3-ü saat 17 radələrində Daşkəsən şəhərində qeydə alınıb. Yol Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xidmətdə olarkən rayon sakini olan bir nəfərin sərxoş vəziyyətdə "VAZ-2106” markalı avtomobili idarə etdiyini görüb və dərhal onu saxlayıblar. Sərxoş vəziyyətdə olan sürücü tutulduğunu görüb və bu zaman üzərində olan ülgüclə qarın nahiyəsinə xəsarət yetirib. Dərhal polis əməkdaşları sərxoş sürücünü xəstəxanaya yerləşdiriblər. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}