Gürcüstan dağlarında 3 belaruslu turist yoxa çıxıb

 

Gürcüstanın Sameqrelo bölgəsində – Tetnuldi dağında üç belaruslu turist itkin düşüb.

APA-nın məlumatına görə, bu barədə "TASS” agentliyinə ölkənin fövqəladə halların idarəedilməsi xidmətinin əməkdaşları məlumat verib.

"Svanetidə, Tetnuldi dağında Belarusdan olan üç turist yoxa çıxıb. Bütün mövcud qüvvələrimizdən istifadə edərək onların axtarışını həyata keçiririk”, – deyə məlumatda bildirilib.

Yerli İctimai televiziyanın məlumatına görə, itən qadın turistlərdən ikisi 60, üçüncü isə 36 yaşındadır. Onlar alpinist qrupunun tərkibində olublar və zirvəyə qalxdıqdan sonra düşərgəyə qayıdıblar. Qadınlar düşərgəyə gedən yolda itkin düşüblər.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}