Hacıqabulda mikroavtobus qəzasında yaralananlardan ikisinin vəziyyəti orta-ağırdır - YENİLƏNİB-2

Hacıqabulda mikroavtobus qəzasında yaralananlardan ikisinin vəziyyəti orta-ağırdır

 

Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı): "Yaralılardan 6-sıının xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Vəziyyətləri orta-ağır sabit qiymətləndirilir".


*** 08:33

Hacıqabul rayonunda yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, bunlar Yevlax rayon sakinləri - 1983-cü il təvəllüdlü Şərifova Cəmilə Tehran qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aytac İlham oğlu, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Tariyel oğlu, 2005-ci il təvəllüdlü Məmmədli Yasin İlham oğlu, 1999-cu il təvəllüdlü Əbdürrəhmanova Nərmin Taleh qızı, 1967-ci il təvəllüdlü Əliyeva Rəsmiyyə Mustafa qızı, 1976-cı il təvəllüdlü İbadov Qəni Mehman oğlu və 1947-ci il təvəllüdlü Hidayətova Qahirə Bəhrəm qızıdır.

Xasrət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.


***08:07

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

"Report”un Aran bürosu xəbər verir ki, Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.

Şahidlərin dediyinə görə, mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər xəsarət alıb. Hadisə yerinə Şirvan və Hacıqabul "təcili yardım" maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}