Bakıda körpüdən avtomobil aşıb – Xəsarət alanlar var

 

Mərdəkan körpüsündən avtomobil aşıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}