Bakıda qadını bıçaqlayan şəxsin şok cinayəti üzə çıxdı – RƏSMİ MƏLUMAT

Bakıda qadını bıçaqlayan şəxsin şok cinayəti üzə çıxdı

 

Bakının mərkəzində bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.org xəbər verir ki, avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini S.Canımovaya bıçaqla xəsarət yetirib.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qurbanlı tutulub.

Ətrafında aparılmış tədbirlərlə onun avqustun 19-da Abşeron rayon sakini M.Alının baş nahiyəsinə şüşə qabla xəsarət yetirərək quldurluq yolu ilə 70 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını alması da müəyyən edilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}