Ana və oğlunu güllələdi, sonra evi yandırdı - oğlunu DƏHŞƏT

Ana və oğlunu güllələdi, sonra evi yandırdı - oğlunu DƏHŞƏT

 

Avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Sozcu.info DİN-in saytına istinadən xəbər verir ki, Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb. 

Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdiriliblər. 

Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi ondan götürülüb. 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}