Diaspor rəhbəri İslam Universitetləri Assosiasıyanın baş katibi ilə görüşüb

 Diaspor rəhbəri İslam Universitetləri Assosiasıyanın baş katibi ilə görüşüb

 

    

     

Misir Ərəb Respublikasında fəaliyyət göstərən "Vətənpərvər”-Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədiqatçı-alim Seymir Nəsirov Nümayəndələr Palatasının Din və Vəqfilər İşləri Komitəsinin sədri, Misir-Azərbaycan parlamentlər arası dostluq qrupunun rəhbəri, İslam Universitetlər Assosiasıyasının baş katibi, professor Üsəməəl-Abdin ilə görüşmüşdür.

Diaspor rəhbərinin təşəbüsü ilə keçrilən görüşdə Azərbaycan Misir arasında ikitərəfli əlaqələrin bütün sahələri üzrə inkişafı barədə fikir mübadiləsi aparılmışdır. Xüsusilə son vaxtlar Azərbaycana gələn misirli turistlərin sayının artması bu inkişafın bariz nümunasi olduğu qeyd olunmuşdur. Tədiqatçı-alim Seymur Nəsirov görüş zamanı professor Üsəməəl-Abdinin Azərbaycanla Misir arasındakı əlaqələrin inkişafina töhvə vermək niyətində olduğunu bildirmişdir. Bununla yanaşı Azərbaycan Universitetlərinin dünyanın aparıcı universitetləri ilə əlaqələrinin genişləndirməsi və yaxın zamanlarda onun rəhbərlik etdiyi beynəlxalq təşkilata Azərbaycan universitetlərinin üzvü qəbul olunmasına öz töhfəsini verəcəyini vurğulamışdır. Baş katib İslam Universitetləri Assosisiyasının əsas məqsədlərindən birinin müsəlman ölkələrində fəaliyyət göstərən təhsil ocaqlarını əlaqələndirmək, onlar arasında münasibət qurmağa yardım göstərmək və müvafiq tədbirlərin keçirilməsi olduğunu qeyd etmişdir. Onuda qeyd edək ki, bu assosisiya 1969-cu ildə təsis olunmuşdur və qrumun baş ofisi Misir Ərəb Respublikasının paytaxtı Qahirədə yerləşir. Hazırda assosisiyaya 200 universitet daxildir. Bu qrum bütün dünya universitetləri ilə həm elmi araşdırmalar sahəsində, həm də beynəlxalq konfransların təşkili sahəsində əməkdaşlıq edir.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}