Lombarddakı nəhəng fırıldağın arxasında kim(lər) dayanır?- SƏNƏD

 


Polisi fırıldaqda ittiham olunan şəxslə nə birləşdirir?

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nailə Rasim qızı Xanməmmədova şikayət ərizəsi ilə Bakı Baş Polis İdarəsinə müraciət edib. Şikayətçi ərizəsində qeyd edib ki, Lombard fəaliyyəti ilə məşğul olan Şamilov Aqil İslam oğlu əvvəlcə onun etibarından sui-istifadə edib, sonra hədə-qorxu və zorakılıqla 550 min manat pulunu ələ keçirib. Hansıki, həmin pulun bir hissəsi onun özünə, digər hissəsi isə işgüzar münasibətdə olduğu Əliyev Natiq Edilman oğlu, Əliyev Sərvər Edilman oğlu, Quluyev Bulud İnqilab oğlu və Cəfərov Elvin Telman oğluna məxsusdur. Bu müdhiş dələduzluq əməli ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıq İdarəsinin də məlumatlandırıldığı haqqında bilgilər var. Bundan başqa zərərçəkmişlər prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Vilayət Eyvazova, Dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevə müraciət edərək müdhiş dələduzuq əməlinin istintaqını nəzarətdə saxlamağı xahiş edirlər.

Qeyd edək ki, dələduzluqda ittiham olunan 1989-cu il təvəllüdlü, Şamilov Aqil İslam oğlu fiziki şəxs kimi Lombard fəaliyyəti ilə məşğul olur. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçən Şamilov Aqil İslam oğlunun VÖEN nömrəsi də 1702363372-dir. Paytaxtın 6-cı mikrorayonda yerləşən Lombard vasitəsilə həyata keçirdiyi müdhiş əməliyyat nəticəsində zərərə düşənlərin siyahısı isə Xanməmmədova Nailə Rasim qızı, Əliyev Natiq Edilman oğlu, Əliyev Sərvər Edilman oğlu, Quluyev Bulud İnqilab oğlu və Cəfərov Elvin Telman oğlu kifayətlənmir. Aqil Şamilovun qanunszuluqlalra dolu əməlindən zərər çəkənlərdən biri də Əsədova Atlas Mamay qızıdır.

Aqil Şamilovun adının və VÖEN nömrəsinin həkk olunduğu, möhrlə təsdiqlənmiş girov biletlərinin kiçik bir müqayisəsi belə bu şəxsin hansı qanun pozuntularına yol verdiyini aşkar göstərir. Belə ki, Şamilov Aqil İslam oğlu tərəfindən şəxsi möhrü ilə möhrlənərək Əsədova Atlas Mamay qızına verdiyi 20.03.2019-cu il tarixli 000086 saylı girov bileti ilə yanaşı eyni saylı ikinci bir girov bileti də mövcuddur. Həmin girov biletinin üzərində say nömrəsi 000086 olsa da, verilmə tarixi 24.03.2019-ci il göstərilib. Ayrı-ayrı tarixlərdə verilən bu girov biletlərindən ən azı biri saxtadır. Ancaq onların hər ikisinin saxta olma ehtimalı böyükdür. Hətta bir girov biletinin saxta olması Şamilov Aqil İslam oğlunun əməlində saxta sənəd hazırlamaq, istifadə etmək aydın hiss olunur. Bu isə cinayət hesab edilir. Şamilov Aqil İslam oğlunun şəxsi möhrü ilə möhürləyib Əsədova Atlas Mamay qızına verdiyi eyni nömrəli girov bileti həm də vergidən yayınmadan xəbər verir. Ümid edirik ki, bu məqalədən sonra aidiyyatı orqanlar Şamilov Aqil İslam oğlunun fəaliyyətini araşdıracaq, sənəd saxtakarlığı və vergidən yayınma kimi hallara hüquqi qiymət veriləcək. Aidiyyatı orqanlar bu zaman 20.03.2019-cu ilin qeyri-iş günü olduğu halda, həmin tarixli girov biletinin hansı şəraitdə verildiyinə də aydınlıq gətirəcəklər.

Şamilov Aqil İslam oğlunun fəaliyyəti ilə bağlı müdhiş məqamlar isə Xanməmmədova Nailə Rasim qızının şikayətinin araşdırılmasından sonra üzə çıxcaq. Əlbəttə, əgər obyektiv araşdırılma aparılsa…

Məsələ ondan ibarətdir ki, Şamilov Aqil İslam oğlunun bu qanunsuz əməllərini himayə edən ən azı bir polis zabitinin olduğunu iddia etmək üçün ciddi əsaslar var. Belə ki, Nəsimi rayon Polis İdarəsində təhqiqatçı işlədiyi güman olunan Əliyev Zamiq Elxan oğlu zərərçəkənlərdən biri, Quluyev Bulud İnqilab oğlu bir neçə dəfə əlaqə yaradaraq şikayət etməkdən vaz keçirməyə çalışıb.Hətta müəyyən məbləğin ödənməsi ilə bağlı öz üzərinə öhdəlik də götürüb. Ancaq vəddinə əməl etməyib.

Qeyd edək ki, bu müdhiş Lombard fırıldağı ilə bağlı məlumatların ancaq bir qisminə burada yer verdik. Şamilov Aqil İslam oğluna qarşı ittihamların böyük bir qismi araşdırılmalı, üzə çıxan məqamlara dövlət qurumlarının mövqeyi öyrənilməli, hüquqi qiymət verilməsi təmin edilməlidir. Bu müdhiş fırıldaq olayının bütün incəliklərini üzə çıxarmağa çalışacağıq. Araşdırma zamanı Şamilov Aqil İslam oğlunun və ona himayəçilik etməkdə adı keçən Əliyev Zamiq Elxan oğlunun da mövqeyini dinləməyə hazırıq.

"Yeni Sözçü” qəzeti

Lombarddakı nəhəng fırıldağın arxasında kim(lər) dayanır?- SƏNƏD

Lombarddakı nəhəng fırıldağın arxasında kim(lər) dayanır?- SƏNƏD

 


 

 


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}