Bakı-Şamaxı yolunda qəza – “BMW” 17 yaşlı qızı vurub öldürdü

 

Bakı-Şamaxı yolunda yeniyetmə qızı maşın vurub.

Trend-in məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 22-ci kilometrliyində, Abşeron rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ağayev Azad Əzizağa oğlu idarə etdiyi "BMW” markalı 90 DH 530 dövlət nömrə nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən, 2002-ci il təvəllüdlü Abdullayeva Solmaz Bəhruz qızını vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}