“GünayBank”ın keçmiş sədr müavininin məhkəməsinin vaxtı məlum olub

 

"GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalov barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesin hazırlıq iclası oktyabrın 29-a təyin edilib. 

Qeyd edək ki, E.Zeynalov Cinayət Məcəlləsini 178.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.

Cinayət işi üzrə 18 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurların da olduğu bildirilir.

Mediada Emin Zeynalovun "Günay Bank"dan əmanətçilərin 100 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumatlar yayılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) isə bankda hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayıb. Emin Zeynalov "BUSBank"ın (hazırkı "Kapital Bank") keçmiş rəhbəri Zakir Zeynalovun oğludur.

Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra "Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.
 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}