İranda toyda partlayış olubİranda toyda partlayış olub –11 nəfər ölüb, 34 nəfər yaralanıb

İranda toyda partlayış olubİranda toyda partlayış olub

 

Cümə axşamı İranın qərbində Kürdüstan əyalətinin Sakkez şəhərində toy mərasimi zamanı partlayış baş verib.

"Mehr” agentliyi xəbər verir ki, hadisə nəticəsində beşi uşaq olmaqla, 11 nəfər ölüb, 34 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanlarının məlumatında bildirilib ki, partlayışa səbəb qaz sızması olub.

Yaralıların sağlamlıq durumları barədə məlumat verilməyib. Müxtəlif dərəcəli xəsarət alan yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. (apa)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}