Sabunçuda 23 yaşlı oğlan bıçaqlanıb

Sabunçuda 23 yaşlı oğlan bıçaqlanıb

 

Bakıda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Xəlilov Ravin Dəmir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ətrafların kəsilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}