Avstraliyada yanğınlarda 1 milyarddan çox heyvan tələf olub

Avstraliyada yanğınlarda 1 milyarddan çox heyvan tələf olub

 

Avstraliyada 2019-cu ilin sentyabrından indiyə kimi davam edən yanğınlarda 1 milyarddan çox heyvan məhv olub.

Sozcu.info xəbərinə görə, bu barədə Sidney Universiteti məlumat dərc edib.

Sidney Universitetinin Elm və Araşdırmalar Departamentinin professoru Kris Dikmanın apardığı araşdırmalara əsasən, bir neçə həftə öncə Yeni Cənubi Uels inzibati ərazisində yanğınlarda 800 milyon heyvan məhv olub.

Alim bildirib ki, ümumilikdə Avstraliya ərazisində 1 milyarddan çox heyvan tələf olub.

"Düşünürəm ki, bu qədər böyük bir ərazidə baş verən yanğınla müqayisə ediləcək heç bir şey yoxdur. Coğrafi cəhətdən və təbii fəlakətin təsirinə məruz qalan heyvanların sayı baxımından, bu, dəhşətli hadisədir. Avstraliyanın biomüxtəlifliyinin son bir neçə onillikdə azaldığını bilirik. Avstraliyada məməli heyvanların yüksək sürətlə tələf olması kifayət qədər yaxşı məlumdur. Bu fəlakət isə bir sıra digər növlər üçün nəsil kəsilmə prosesini sürətləndirə biləcək hadisədir”, - deyə o, bildirib.

K. Dikman qeyd edib ki, yanğınlardan sağ qurtulan heyvanlar yenidən bu ərazilərə qayıtsalar da, qidalanma üçün heç nə tapa bilmirlər.

Professorun tədqiqatı Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) 2007-ci ildə torpaqların təmizlənməsinin Avstraliya vəhşi təbiətinə təsiri barədə məlumatlara əsaslanır. Bu məlumatları başlanğıc nöqtəsi kimi istifadə edərək Sidney Universitetinin əməkdaşları meşələrdə vahid sahəyə düşən heyvanların orta sıxlığını hesablayıblar. Sonrakı hesablamalar yanmış meşənin vahid ərazisində ölən heyvanların sayının təxmini göstəricisini hesablamağa və onu yanğınla məhv edilmiş ümumi əraziyə tətbiq etməyə imkan verib.

Xatırladaq ki, artıq bir neçə həftədir Avstraliyada davam edən yanğınlar 25 nəfərin ölümünə və hektarlarla yaşıl sahələrin məhvinə səbəb olub. Dünya ölkələri təbii fəlakətlə mübarizə üçün Avstraliyaya yardım təklif edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}