Sevgi üçbucağı : Bakıda kişi birgə yaşadığı qadını başqası ilə gördü, səkkiz bıçaq zərbəsi vurdu

Sevgi üçbucağı

 

Bakının Xətai rayonunda qadını öldürməyə cəhd edilib.


Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Məlum olub ki, yanvarın 22-də saat 04:30 radələrində Kazımağa Kərimov küçəsində, 4 nömrəli binanın qarşısında 35 yaşlı Ucar rayon sakini Abdullayev Bəhruz Azər oğlu qısqanclıq zəminində 32 yaşlı paytaxt sakini Z.Niftiyevaya bıçaqla hücum edib.

Onun endirdiyi səkkiz bıçaq zərbəsinin ikisi Z.Niftiyevanın qarın nahiyəsinə dəyib.

Bundan əlavə, o, bu zaman yaxınlıqda olan 39 yaşlı Saatlı rayon sakini T.Cəbrayılovu yaralayıb.

Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, qadının vəziyyəti ağır olsa da, kritik deyil.

Hadisədən dərhal sonra B.Abdullayev bu barədə polisə etiraf edib.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs sevgilisini başqa kişi ilə görüb. Bu da onun cinayət törətməsinə səbəb olub.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}