Göygöldə zəncirvari avtomobil qəzası baş verib

 

Göygöl rayonunda zəncirvari avromobil qəzası olub.

Sozcu.info-nun  məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Göygölün Quşqara kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil əvvəlcə arxadan "QAZel" markalı yük avtomobilinə, daha sonra isə mikroavtobusa çırpılıb. Zərbənin gücündən "QAZel" yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}