Bakıda yaşayış binasının 3-cü mərtəbəsində yanğın olub - Sakinlər təxliyə edilib

Bakıda yaşayış binasının 3-cü mərtəbəsində yanğın olub

 

Bakıda yaşayış binasında yanğın olub. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb. Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}