Balakəndə avtomobil təmiri sexi yanıb, maşın külə dönüb

 

Balakən rayonunda avtomobil təmiri sexi yanıb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Katex kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini Fərrux Piriyevə məxsus ümumi sahəsi 80 kvadratmetr olan avtomobil təmiri sexində baş verən yanğının söndürülməsi üçün əraziyə Zaqatala və Balakən rayonlarının dövlət yanğından mühafizə hissələrinin üç yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində sexin yanar konstruksiyaları və təmirə gətirilən "Mercedes" markalı avtomobil yanıb. Yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}