Əhmədzadə Tərtərdə su üsyanı hazırlayır-VİDEO

Əhmədzadə Tərtərdə su üsyanı hazırlayır-VİDEO

Tərtər rayonun bir qrup sakinləri əllərinə mərhum Heydər Əliyevin və prezident İlham Əliyevin şəkillərini alaraq su tələbi ilə yürüş ediblər. Tərtərlilər həm içməli sudan, həm də əkin yerlərini suvarmaq üçün sudan korluq çəkdiklərini bəyan edərək, yeni subartezian quyularının qazılmaısnı, mövcud quyuların təmir edilərək istismar olunmasını tələb ediblər. Tərtər rayon sakinlərinin bu tələblərini qarşılamalı olan Tərtər Subartezian Quyularının İstismarı İdarəsi isə büdcə pulları üzərində müəmmalı maliyyə əməliyyatı həyata keçirir. Belə ki, Əli Əliyevin rəis olduğu Tərtər Subartezian Quyularının İstismarı İdarəsi ötən il cari təmir işləri üçün ehtiyat hissələri, mexaniki və elektrik avadanlıqlarının alınması adı altında 270 min manatlıq maliyyə əməliyyatı həyata keçirib. Çox maraqlıdır ki, Əli Əliyevin 270 min manat büdcə vəsaitini etibar etdiyi "Kamerun-Ev” Məhdud Məsuliyyətli Cəmiyyəti Xaşmaz rayonun, Nərəcan kəndində yerləşir. Etibar Vəliyev adlı şəxsin direktor olduğu "Kamerun-Ev” MMC-nin özü də 2018-ci ilin sentyabrında, 5 manat nizamanamə kapitalı ilə yaradılıb. Bu MMC-nin bu günə kimi hansısa ehtiyat hissələri, mexaniki və elektrik avadanlıqların istehsal etdiyi və ya idxal etməsi faktı qeydə alınmayıb. Elə isə sual olunur ki, istehsal etmədiyi və ya idxal etmədiyi halda "Kamerun-Ev” MMC-i Tərtər Subartezian Quyularının İstismarı İdarəsinə nə satıb? Bu suala Əli Əliyevlə və Etibar Vəliyevin aydınlıq gətirəcəyini düşünürük.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin sevimli kadrının rəhbərlik etdiyi Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin öz vəzifəsinin, vətəndaşları su ilə təmin etmək vəzifəsinin öhdəsindən gələ bilmıdiyi üçün Tərtər rayonunda su üsyanı yetişməkdədir. Hələlik havalar soyuq və yağmurlu olduğu üçün suya tələbat çox kəskin hiss olunmur. Ancaq havaların qızması ilə suya tələbat kəskin artacaq. Bax o zaman əsl fırtına qopacaq. Əhməd Əhmədzadə isə belə görünür ki, bu vəziyyətdən bixəbərdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azad Aydın

P.S, Videonu bu linkdə izləyə bilərsiniz(https://www.youtube.com/results?search_query=gulqiz+kolani)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}