"SƏDƏRƏK" TİCARƏT MƏRKƏZİNDƏ DƏHŞƏTLİ YANĞIN - FOTO/VİDEO - YENİLƏNİB

"SƏDƏRƏK" TİCARƏT MƏRKƏZİNDƏ DƏHŞƏTLİ YANĞIN

 

Fövqəladə Hallar Nazirliyi bu gün "Sədərək" ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti məlumatı yayıb.

Sozcu.info  xəbər verir ki, məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 m2 sahəni əhatə edib.

Yanğın saat 08:57 məhdudlaşdırılıb, saat 09:05 söndürülüb.

Hazırda yanğın yerində soyutma və kiçik konstruktiv materialların söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

****

FHN-dən verilən məlumata görə, yanğın söndürülüb.

Hazirda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Artıq yanğın lokallaşdırılıb.

"Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Mikayıl Qədimov isə Trend-ə bildirib ki, yanğın hadisəsi artıq söndürülüb.

Məlumata görə, yanğın Ticarət Mərkəzinin birinci zonasındakı çardaqda başlayıb. Buradan mağazalara keçib.

FHN yanğının söndürülməsi ilə bağlı video və foto görüntülər yayıb.

Həmin görüntüləri təqdim edir:

***

"Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}