Ərdoğanı parlamentdə təhqir edən deputat belə yumruqlandı - VİDEO

Ərdoğanı parlamentdə təhqir edən deputat belə yumruqlandı - VİDEO

 

Bu gün Türkiyə Böyük Millət Məclisində İdliblə bağlı keçirilən iclasda Prezident Ərdoğan haqqında təhqir xarakterli fikirlər işlətdiyinə görə hakim AKP-çilərlə müxalif CHP-li deputatları arasında dava düşüb.

Sozcu.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP millət vəkili Engin Özkoç TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir edib.

Bundan sonra hakimm  partiya üzvləri ona etirazını ifadə ediblər. Bu zaman tərəflər arasındakı "söz atışması" əlbəyaxa davaya çevrilib. 

Yayılan videolarda AKP-li deputatlardan birinin Engin Özkaça yumruq zərbəsi endirdiyi aydın görünür.

Məsələ ilə bağlı açıqlama verən AKP sədrinin müşaviri Numan Kurtulmuş CHP-li deputatın hüquq qarşısında cavab verəcəyini bəyan edib.

Məlumata görə, Ankara prokurorluğu Özkoç haqqında "Cümhur başqanına həqarət" ittihamı ilə cinayət işi açıb.


 
 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}