Bakı metrosunda DƏHŞƏTLİ ANLAR - Özünü qatarın altına atdı

Bakı metrosunda DƏHŞƏTLİ ANLAR - Özünü qatarın altına atdı

 Özünü qatara atan şəxsin kimliyi məlum olub.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov baku.ws-yə açıqlamasında bildirib ki, həmin şəxs Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Tərlan Yusifovdur. Həmin şəxs özünü qatarın altına atarkən içkili olub. Tərlan Yusifov xəsarət almayıb. Onu təcili yardım həkimləri xəstəxanaya aparıblar.

***

Bakı metrosunda problem yaranıb.

Metronun "Elmlər Akademiyası” stansiyasında qatar platformada dayanıb və hərəkət etməyib. İşıqlar sönüb və qatar bir neçə dəqiqə hərəkətsiz qaldıqdan sonra içəridə olan sərnişinlər boşaldılıb.

Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov baku.ws-yə açıqlamasında bildirdi ki, bir neçə dəqiqə əvvəl metronun "Nizami” stansiyasında bir nəfər özünü qatarın altına atıb. Nəticədə stansiyada elektrin enerjisinin verilişi dayandırılıb.

Həmin istiqamətdə qatarların hərəkəti dayanıb. Bu səbəbdən də, "Elmlər Akademiyası” stansiyasında qatar hərəkət etməyib.

Hazırda intihar edən şəxsin kimliyi araşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}