Vətəndaş Ramil Usubovdan kömək istəyir

Vətəndaş Ramil Usubovdan kömək istəyir

 

 

Xırdalan şəhər sakini Könül Rəfiyeva Daxili işlər naziri Ramil Usubova müraciət edib.

 

Müraciətdə deyilir: Qonşularım mütamadi olaraq şəxsi evimə hücum edir, şəxsi əmlakıma zərər verir və mənə qarşı fiziki güc tətbiq edirlər. Bununla bağlı Abşeron rayon Polis İdarəsinə müraciətlərim heç bir fayda vermir. Hətta 102 qaynar xəttinə müraciətim də heç bir nəticə verməyib. Ən acınaqlısı isə ondan ibarətdir ki, Polis İdarəsinə və 102 qaynar xəttinə etdiyim zəngdən sonra qonşularım yenidən mənin evimə basqın edirlər. Hətta müraciətlərimin heç bir nəticə verməyəcəyini bildirərək, mənimlə daha zorakı hərəkət edirlər.Bununa görə Sizə müraciət edərək mənim təhlükəsizliyimin təmin edilməsi, mənə qarşı zorakılıq edənlərin cəzalandırılmaısnı təmin etməyi xahiş edirəm.

Sozcu.info 


Oxşar Xəbərlər

Xəbər lenti