Məşhur boksçunu güllələyən azərbaycanlı kriminal avtoritet məhkəmə qarşısında - VİDEO

 Məşhur Boksçu Sergey Laşenkonun qətlində ittiham olunan "Qoca Babaş" ləqəbi ilə tanınan Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Sozcu.info yenicag.az-a istinadən bildirir ki, məhkum noyabrın 16-a kimi istintaq təcridxanasında saxlanılacaq.

Zərərçəkmişin qanuni nümayəndəsi Marina Laşenko məhkəməyə bildirib ki, Babək Həsənov tərəfindən tərcüməçiyə və ailəsinə təzyiqlər olduğundan yenə prosesə gəlməyib:

"Həsənov tərcüməçini hədələyir. Tərcüməçi də özünün və ailəsinin həyatı üçün ehtiyat edir. Amma bunu açıq şəkildə bildirmək istəmir".

Babək Həsənov isə səsləndirilən fikirləri iftira adlandırıb. O, faktın sübut edilməsini tələb edib.

Maraqlıdır ki, zərərçəkənin vəkili Yuliya Qavrulyuk da məhkəmə iclasına qatılmayıb. Marina Laşenko Həsənov tərəfindən hədələnənən vəkilinin vəsatətini məhkəmənin diqqətinə çatdırıb. Vəkil vəsatətində onun və ailəsinin hədələndiyini, Ukrayna dilini tərcüməçidən yaxşı bilməsini dediyini, ona qarşı çıxanların üstünə kislota tökəcəyi haqda auido yazıların cinayət işinə əlavə olunmasını xahiş edib. Zərərçəkmişin vəkili məhkəmədə iştirak etmədiyinə görə, proses sentyabrın 21-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Sergey Laşenko 8 aprel 2015-ci ildə gecə saatlarında qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən Babək Həsənov istintaqdan qaçdığına görə barəsində beynəlxalq axtarış verilib. Rusiya ərazisində saxlanılan "Qoca Babaş" Odessaya ekstradisiya olunub. Ötən il onun barəsində həbs qətimkan tədbiri seçilib. Artıq 9 aydır ki, məhkəmə işi təxirə salınır. Buna səbəb isə təqsirləndirilən şəxsin daimi tərcüməçisinin olmamasıdır.

Xatırladaq ki, 27 yaşlı Sergey Laşenko aprelin 8-də Odessanın mərkəzindəki yahudi xəstəxanasında güllələnib. Həmin vaxt sözügedən xəstəxanaya 3 yaralı şəxs gətirilib. Onlara tibbi xidmət göstərilən zaman "razborka"nı xəstəxanada çürütmək istəyən şəxs hamının gözü qarşısında tapançadan boksçuya 8 əl atəş açıb. Nəticədə Laşenko ölüb, ona hücum çəkənlər isə qaçıblar.

Qeyd edək ki, "Qoca Babaş" ləqəbi ilə tanınan kriminal avroritetin azərbaycanlı "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) yaxın şəxslərdən olduğu bildirilir.

 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}