Polis şöbəsinin qarşısında faciə: maşından düşən kimi öldü

Polis şöbəsinin qarşısında faciə: maşından düşən kimi öldü

 

Dünən Kürdəmir rayonunda polis tərəfindən saxlanılan şəxs qəfil vəfat edib.

Sozcu.info  xəbər verir ki, rayon ərazisində bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə gələn post-patrul xidmətinin əməkdaşları davada iştirak edən Kürdəmir şəhər sakini, 1961-ci il təvəllüdlü Elşən İbişovu saxlayaraq rayon polis şöbəsinə gətiriblər. "Fiat Doblo” markalı post-patrul maşını şöbənin qarşısına çatanda E.İbişov maşından düşürülüb və bir neçə addım atandan sonra o yıxılaraq ölüb.

E.İbişovun ölüm səbəbinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.

Araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}