Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın söndürülüb

Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın söndürülüb

 

Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın söndürülüb.

Sozcu.info  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 25 oktyabr 2018-ci il tarixində saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisinin Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}