BDU rəsmisi danışdı: "İtkin düşən tələbə iki gündür dərsə gəlmir" - YENİLƏNİB

BDU rəsmisi danışdı: "İtkin düşən tələbə iki gündür dərsə gəlmir" - YENİLƏNİB

 

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbəsi A. Məmmədovanın itkin düşməsi xəbərinə münasibət bildirib.

Sozcu.info  xəbər verir ki, BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Open.az-a açıqlamasında bildirib ki, həmin tələbə son iki gündə heç bir dərsdə iştirak etməyib və onun harada olmasından məlumatsızdırlar.

Məsələ ilə bağlı araşdırma aparılır.

***

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb.

Sozcu.info  xəbər verir ki, paytaxt sakini 1985-cü il təvəllüdlü Gülmira Əbilova 34-cü Polis Şöbəsinə müraciət edərək, onunla eyni ünvanda yaşayan dayısı qızı, 1998-ci il təvəllüdlü Məmmədova Ayza Şahin qızının noyabrın 22-də saat 08 radələrində oxuduğu Bakı Dövlət Univeristetinə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

O bildirib ki, A. Məmmədova BDU-nun Jurnalistika fakültəsinin 3 kurs tələbəsidir.

Axtarış tədbirləri həyata keçirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}