Bilgəhdə bu malikanəni 21 milyon manata satışa çıxardılar - ...VƏ ELANI SAYTDAN YIĞIŞDIRDILAR

Bilgəhdə bu malikanəni 21 milyon manata satışa çıxardılar - ...VƏ ELANI SAYTDAN YIĞIŞDIRDILAR

 

Bakının Bilgəh qəsəbəsində, Mir Cəlal Paşayev küçəsində yerləşən nəhəng malikanə daşınmaz əmlak alqı-satqısı üzrə elan saytlarından birində satışa çıxarılıb. Lakin bu barədə xəbər online KİV-lərdə yayılandan sonra həmin elan silinib.

Sozcu.info  virtualaz.org-a istinadən xəbər verir ki, elana əsasən malikanə 160 hektar ərazidə inşa olunub və 2 mərtəbəlidir. Klassik üslubda inşa edilib, ümumi sahəsi 2 min kvadratmetrdən çoxdur. Yaşayış sahəsi tamamilə eksklüziv dizayn mebelləri, lampalar, qablar, rəsmlər və sair ilə təchiz olunub.

Malikanənin həyətyanı sahəsində meyvə və bəzək ağaclardan ibarət böyük bağ salınıb.

Tikili hökumət igamətgahları və villaları arasında yerləşir.

Bu mülkün satışı ilə bağlı elan bir neçə gün əvvəldən bina.az saytında yerləşdirilib.

Elanda qeyd edilib ki, igamətgahı almaq istəyən şəxslərin məxfiliyi tam qorunacaq.

Mülkün bütün sənədlərinin tam qaydasında olduğu göstərilib.

Virtualaz.org satışa çıxarılan bu malikanə ilə bağlı əlavə təfərrüatları araşdırmağa çalışıb. Məlum olub ki, elan artıq bina.az saytında yoxdur.

Bina.az saytı ilə əlaqə saxlasaq da, saytın operatoru sözügedən villa ilə bağlı əlavə məlumat verə bilməyəcəyini dedi. Onun sözlərinə görə, əgər axtarış zamanı həmin məlumat tapılmırsa, görünür elanı yerləşdirən şəxs onu silib: "Saytımızda elanı biz yerləşdirmirik, istənilən şəxs özü burada şəxsi pəncərə açır, elan yerləşdirir və istədiyi zaman da onu silə bilir. Biz sadəcə yerləşdirilən elanların müəyyən tələblərə uyğun olmasına nəzarət edirik. Görünür, həmin villa ya satılıb, ya da müəllif özü bu elanı silib. Elanın müəllifi ilə bağlı məlumatlar bizim bazada qalır, amma şəxsi məlumatlar olduğuna görə, bunları bölüşə bilmirik”.

Qeyd edək ki, son illər Bakıda lüks və ultralüks villaların, malikanələrin satışı artıb. Lakin daşınmaz əmlak ekspertləri qeyd edirlər ki, bazarda dəyəri 1 milyon manatdan yuxarı mülklərə tələbat çox azdır, yaxud ümumiyyətlə yoxdur. Belə mülklərin sahibləri adətən yüksək vəzifəli məmurlar və onların yaxınları olur.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}