Sabiq MTN əməkdaşına qarşı dələduzluq edən şəxsə hökm oxundu –11 il

Sabiq MTN əməkdaşına qarşı dələduzluq edən şəxsə hökm oxundu –11 il

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, A.Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə ondan külli miqdarda pul alıb.

Bundan başqa, A.Əliyev universitetə tələbə qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha 5 nəfərə qarşı dələduzluq edib.

Məhkəmədə elan edilmiş ittiham üzrə A.Əliyev özünü qismən təqsirli bildiyini deyib.

Xatırladaq ki, A.Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) və 29, 312-ci (rüşvət verməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}