Arif Əsgərovun baldızı oğlu həbs edildi –Rahib Hüseynov Bakı İstintaq Təcridxanasına etap olunub

 

"Azərbaycan Dəmiryolları” ASC-nin keçmiş rəhbəri və nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müavini olmuş Arif Əsgərovun milyonlarla dollarlıq dələduzluq əməlinə görə istintaqa cəlb edilmiş baldızı oğlu bu gün həbs edilib.

Bir həftədən artıqdır  yoxa çıxan Rahib Hüseynovun barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilib. Belə ki, məhkəməyə könüllü gələn R.Hüseynov barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyşdirilib və o, həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına etap olunub. Məhkəmənin növbəti iclası işin icraatı təzələndikdən sonra müəyyən olunacaq. R.Hüseynov barəsində vəkilin iştirakı ilə  protokol tərtib olunub və o, ədliyyə nazirliyinin əməkdaşlarına təhvil verilib.

Xatırladaq ki, Rahib Hüseynov  4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunur. Bu iş üzrə onun qardaşı artıq 9 il həbs cəzası alıb.

İttihama əsasən o, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirib dəyərindən dəfələrlə baha qiymətə satmaq, nəticədə yaxşı pul qazanmaq  adı ilə aldadıb. Zərərçəkənlərdən biri Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovdur. Cinayət işində A.Əsgərovun oğlu, "Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun adı isə şahid qismində keçir. Təqsirləndirilən şəxslər deyirlər ki, əslində bu dələduzluq sxemini Arif Əsgərovun oğlu qurub, amma sonda təqsiri onların üzərinə atmağa nail olub, özü isə şahid statusunda yaxasını kənara çəkə bilib.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş R.Hüseynov da  ittihamları qəbul etmirdi. Noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında o, iştirak etməyib. Buna görə də məhkəmə Hüseynovun  barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}