Azərbaycanda süpürgəçiyə qarşı DƏHŞƏTLİ ƏMƏL - Zorladılar, sonra öldürdülər - TƏFƏRRÜAT

Azərbaycanda süpürgəçiyə qarşı DƏHŞƏTLİ ƏMƏL - Zorladılar, sonra öldürdülər - TƏFƏRRÜAT

 

Füzuli rayonunda qadının öldürülməsi hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.

Sozcu.info publika.az-a isttinadən xəbər verir ki, Horadiz şəhəri ərazisində yerləşən mənzilində meyiti tapılan 1966-cı il təvəllüdlü Aygün İsmayılova (ad və soyadlar şərtidir) Horadiz Mənzil-Kommunal Təsərrüfat Birliyində süpürgəçi kimi çalışırmış və tənha yaşayırmış. Belə ki, ata və anası vəfat edəndən sonra 53 yaşlı qadın evdə tək yaşamağa davam edib.

Yanvarın 29-na keçən gecə A.İsmayılovanı izləyən şəxslər onun evə daxil olmasından sonra ardınca mənzilə soxulublar. Qadına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxslər daha sonra bıçaqla ona çoxsaylı zərbələr endirərək öldürüblər.

Artıq cinayətin iştirakçısı olmuş 14 yaşlı oğlan yanvarın 29-da tutularaq istintaqa təhvil verilib. Onunla birgə dəhşətli əməl törətmiş şəxs də müəyyənləşdirilib və həmin şəxs də saxlanılıb.

Bildirilir ki, vəhşicəsinə öldürülən qadının evindən daha əvvəl də oğurluq edilib. Onun tənha yaşamasından istifadə edən şəxs və ya şəxslər mənzildən oğurluq edibmiş.

***

Füzuli rayonunda qadının zorlanaraq öldürülməsi hadisəsi ilə bağlı şok faktlar üzə çıxıb.

Sozcu.info  publika.az-a istinadən xəbər verir ki, Horadiz şəhəri ərazisində 1966-cı il təvəllüdlü Aygün İsmayılovanın (ad və soyadlar şərtidir) amansızlıqla öldürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Aparılan araşdırmalar zamanı qadının zorlandığı da məlum olub.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadının 2004-cü ildə anadan olmuş Fuad Piriyev tərəfindən öldürüldüyü məlum olub. O, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}