Abşeronda şərnişin avtobusu TIR-a çırpıldı: 10 nəfər xəstəxanaya yerləşdirildi - FOTOLAR

Abşeronda şərnişin avtobusu TIR-a çırpıldı: 10 nəfər xəstəxanaya yerləşdirildi - FOTOLAR

 

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

Reportyor.az  xəbər verir ki, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.

99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.

Hadisə nəticəsində yaralanan sərnişinlər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan oxu.az-a verilən məlumata görə, hazırda müxtəlif dərəcəli xəsarətlərlə 10 nəfər yaralı xəstəxanaya yerləşdirilib:

"10 nəfər yaralı gətirilib. Hazırda yaralılara təcili yardım göstərilir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}