Azərbaycanlı gənc fəal Amerika prezidenti ilə birlikdə Allaha dua etdi!

Azərbaycanlı gənc fəal Amerika prezidenti ilə birlikdə Allaha dua etdi!

 

Azərbaycanlı gənc Dr Vüqar Şahbazlı Amerika Prezidenti və Amerikalı senatorlarla birlikdə səhər yeməyində dua edib.

Sozcu.info  xəbər verir ki, Dr.Vüqar Şahbazlı Millennial Düşüncə Mərkəzinin təsisçi üzvü, hər il 1953-ci ildən Amerika Prezidenti, senator ve konqresmenlərin iştirakı ilə ABŞ Waşinqton, DC-də keçirilən 67-ci Milli Dua Ziyafətində iştirak edib.

Ziyafətin ikinci günündə ziyafət iştirakçıları ABŞ Prezidenti Trampla səhər yeməyinə qatılmış və dünyada xalqlarası və dinlərarası sülhün bərqərar olması üçün birlikdə dua ediblər.

Dr.Vüqar Şahbazlı ziyafətdə bir çox Amerikalı konqresmen və senatorlar, Albaniya və Qananın Prezidenti ilə görüşmə imkan olub.

Azərbaycanın Dağlıq Qarabağla bağlı həqiqətlərini, bir milyondan çox məcburi köçkünümüzün haqq səsini və Xocalı soyqırımı haqqında görüşləri zamanı geniş izah etməyə çalışıb.

Azərbaycan və Türkiyənin Amerika ilə münasibətlərinin daha da möhkəmlənməsi, ABŞ-ın qardaş Türkiyə PKK və onun qolu olan YPG-PYD ilə mübarizədə tam dəstək olması, NPB-nin təşkilatçı üzvləri ilə də görüşlər zamanı müzakirə edib.

Təşkilatçı qrup üzvlərinə və konqresmenlərə Azərbaycanın dünya ölkələri arasında dinlərarası tolerantlıq və multikulturalizm üzrə nümunə ölkə olması və bu uğurun birbaşa cənab Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın böyük əməyi nəticəsində əldə olunduğunu çatdırıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}