İrəvana verilən “aprel dərsi” erməni rəhbərliyini ağıllandırmadı

İrəvana verilən “aprel dərsi” erməni rəhbərliyini ağıllandırmadı

 

Danışıqlar prosesinin bəzi iştirakçıları Dağlıq Qarabağ münaqişəsinə gəlir mənbəyi kimi baxırlar

Rusiya Federasiyasını Azərbaycan Respublikası ilə tarixi əlaqələr bağlayır – Dağlıq Qarabağ problemi Cənubi Qafqazın regional təhlükəsizliyinin əsas həlqəsi olduğundan Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün də Azərbaycandan daha az vacib deyil. Bununla yanaşı, Rusiya, Dağlıq Qarabağda sülhün bərqərar olması ilə bağlı dəqiq, uzunmüddətli fəaliyyət proqramına malik deyil, Ermənistanla Azərbaycan arasındakı regional münaqişənin həlli üçün təklif edilən "yol xəritəsi” münaqişə tərəflərinin heç birini qane eləmir. Bununla belə, təəssüf ki, Ermənistanın da böhrandan çıxmaq üçün dəqiq proqramı yoxdur – o, hər bir yolla danışıq prosesindən kənarlaşmağa cəhd edir, qərar qəbul eləmək məsələsində bütün məsuliyyəti Rusiyanın öhdəsinə qoymağa çalışır. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli – danışıq prosesinin yalnız iki iştirakçısının – Bakı ilə İrəvanın müstəsna səlahiyyətlərinə aid olan məsələdir. Beynəlxalq münasibətlərin bütün qalan iştirakçıları öz maraqlarını bildirməli olsalar da, öz rəylərini heç bir şəkildə yeganə doğru fikir kimi zorla qəbul etdirə bilməzlər. Rusiyanın Qarabağ münaqişəsinə təsir eləmək səyində hardasa keçmişin mirası rol oynayır. Rusiya Cənubi Qafqaza İran və Türkiyə ilə müharibələr nəticəsində gəlib. O zamandan bəri Rusiya tərəfi "güclü və böyük qardaş” olmaq hüququnu özündə saxlayır. Lakin müasir dünya keçmişdən tamamilə uzaqdadır. Azərbaycan daha Sovet İttifaqının respublikası yox, müstəqil dövlətdir, bu isə özünün xarici və daxili siyasətini müstəqil şəkildə yürütmək üçün ona əlindən alınması mümkünsüz olan hüquqlar verir. Əlbəttə ki, bu siyasət Rusiya Federasiyasının maraqları üçün təhdid olmamalıdır. Bu mənada, tarixin – kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, – Dağlıq Qarabağın Azərbaycana qaytarılması zərurətini diqtə edən mütərəqqi irəliləyişini görməmək mümkün deyilDanışıqlar prosesinin bəzi iştirakçılarının Qarabağ münaqişəsi mövzusuna bir növ "sağmal inək” kimi yanaşmağa davam etmələri vəziyyəti də narahatlıq doğurmaya bilməz. Nə qədər ki, sülh əldə edilməyib, pulları unikal silahlanma növlərinə sovurmaq, saysız-hesabsız  siyasi müşavirlər, hərbi analitiklər, diplomatlar ştatları yaratmaq olar və təəssüf ki, onlar Dağlıq Qarabağın qaytarılması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında qətiyyən maraqlı deyillər, yeganə məqsədləri bu sahədə pul qazanmaqdır

Buna görə də,  Ermənistanla Azərbaycanla arasında müharibə nə qədər uzun çəkərsə, onlar üçün bir o qədər yaxşıdır. Lakin bu, kökündən səhvdir. Nə formada olursa-olsun, tez-gec sülh olmalıdır. Axırıncı əsgərə qədər müharibə aparmaq ağılsızlıqdır. Axırda kimsə vaxtında birinci olaraq dayanacaqdır. "Dördgünlük müharibə” rəsmi Bakının nəyin bahasına olursa-olsun, öz torpaqlarını qaytarmaq qətiyyətini nümayiş etdirdi. Lakin İrəvana verilən dərs erməni rəhbərliyini ağıllandırmadı. Əksinə, Ermənistan prezidenti Serj Sarkisyan bundan sonra da, öz işğalçı siyasətini heç dəyişmədən davam etdirməyə səy göstərir, bununla da öz vətəndaşlarına başa salır ki, axırıncı erməniyə qədər öz işğalçı siyasətini davam etdirmək niyyətindədir. Lakin bu, ilk növbədə Serj Sarkisyanın öz mövqeyidir: xalq onun inadkarlığını anlamır və ondan üz döndərməyə başlayıb. "Dördgünlük müharibə” nəticəsində Ermənistan lideri: "Dostlar, başa düşdüm ki, çox irəli getmişik. İndi dayanmaq vaxtıdır. Ermənistanı saxlamaq naminə Dağlıq Qarabağı Azərbaycana qaytarırıq”, - kimi sözlər söyləsə idi tamamilə fərqli variantın olması mümkün idi. Amma nəticədə, yaxın gələcəkdə nə Ermənistan tərkibində Dağlıq Qarabağ, nə də Ermənistanın özü var olacaq. Erməni liderin rəsmi İrəvanın yürütdüyü işğalçı siyasətlə bağlı yaranmış xaosa  ayıq başla nəzər salması vaxtı yetişib.

1983-cü ildə Azərbaycan respublikasının Sumqayıt şəhərində dünyaya göz açmış bir şəxs kimi mən özüm erməni-Azərbaycan münasişəsinin birbaşa şahidi olmuşam və bunun – bitməyən müharibə şəraitində yaşamağın nə dərəcədə ədalətsiz və qorxunc olduğunu yaxşı başa düşürəm. 1989-cu ildə nənəmin aldığı, ailəlikcə oxuduğumuz məktub hələ də uşaqlığımın canlı xatirəsidir. Əlyazma məktubda bütün rusların, o cümlədən də mənim ailəmin üzvanına təhdidlər vardı. Yaddaqalan məktubun son sözləri belə idi: "Hamını zəhərləmək üçün dörd çanta zəhər var!” O vaxtla mən də içlərisində olmaqla bütün ailələr qorxmuşduq. Yadımdadır, hər gün binanın yanına zirehli maşınlar gəlir, eyvanımızın altında  dayanardılar. Əsgərlər qarşılarına çıxan hər kəsi – erməniləri, azərbaycanlıları, yəhudiləri özləri ilə aparırdılar. Uşaqları evdə gizlədirdilər. Apardıqlarından bəziləri qayıdır, bəziləri isə itkin düşürdülər. Tankların dinc şəhər sakinlərini necə əzdiyi yadımdadır. O vaxt Sumqayıtda yuyucu toz zavodunda işləyən atam drujinniklər dəstəsi tərkibində şəhərdə gecə patrulluğu edərkən başına vurulan lom zərbəsindən bir ay ağır vəziyyətdə xəstəxanada qalmışdı.

Yəqin ki, elə uşaqlığımda şahidi olduğum bütün bu hadisələr məndə Dağlıq Qarabağ probleminin həllinə xüsusi maraq yaradıb – nəhayət ki, sülhün bərqərar olmasını və insanların qətl edilməsinin dayandırılmasını istəyirəm. Lakin başa düşürəm ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması – sülh prosesinin yalnız başlanğıcıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi faktı ilə erməni-Azərbaycan münaqişəsinin nizamlanması prosesi bitmir. Bəli, Qarabağ Azərbaycana qaytarılacaq. Bəs sonra? Dağlıq Qarabağın normal inkişafını təmin eləmək üçün regional təhlükəsizlik sisteminin tamamilə kökündən dəyişilməsi,  taleyin hökmü ilə uzun müddət Ermənistan işğalında yaşamış Qarabağ əhalisinin Azərbaycan ictimaiyyətinə inteqrasiyası üçün mühüm islahatlar aparılması lazımdır. Dağlıq Qarabağı iqtisadiyyatını Azərbaycan Respublikasının iqtisadi inkişaf səniyyəsi ilə uyğunlaşdırmaq üçün regiona güclü sərmayə qoyulmalıdır. Ona görə də, indi qarşımızda duran məsələ - təkcə Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün tədbirlər kompleksi hazırlamaq yox, həm də Qarabağ üçün, necə deyərlər, "reabilitasiya periodu” nəzərdə tutmaqdır. Bu, eynilə insanın ağır xəstəlikdən (oxu: "işğaldan”) reabilitasiyası kimidir: dərmanlara (reformalar), dincliyə (Qarabağın idarəçilik sisteminin Azərbaycan hakimiyyətinə tabe edilməsi), optimal mikroiqlimə (investisiyalara) ehtiyac var.

Və mən bu məsələlərin həll edilməsi yolunda bütün Azərbaycan naminə çalışmağa hazıram!

 Denis Korkodinov,

 Hurriyyet.org 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}