Hərbi qəniməti ŞƏXSİ MALI kimi istifadə etdi və... -
İTTİHAM VAR...
Yeni qərar bazarı silkələdi:
Azərbaycanda ət bahalaşacaq
Bu dərmanlarla bağlı qadağa ləğv edilir
Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… -
İLGİNC FAKTLAR
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
Prezident İlham Əliyevin Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü
Rusiya ilə Azərbaycan arasında əlaqələr möhkəmləndirilir
Prezident 2 fərman imzaladı
Bu ərazilərə DOLU düşəcək, YAĞIŞ yağacaq -
Sabahın HAVASI
Qadını benzinlə yandırdığı deyilən gənc vəzifəli şəxsin oğlu imiş
İlham Əliyev Sadır Japarovu qarşıladı
FOTOLAR
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Əvvəlki
Sonrakı
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
18-04-2024, 19:45
Paşinyan istefa verir
1-04-2024, 15:01
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib
2017-ci il İyulun 12-də Azərbaycanda Atatürk Mərkəzində görkəmli alim, məşhur dilçi, tanınmış türkoloq,
zəhmətkeş tədqiqatçı, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində "Dillər" kafedrasının müdiri və Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.
Sozcu.info
ZiM.Az saytına istinadən
xəbər verir ki, tədbirdə M.Çobanovun
"Azərbaycan şəxs adları”
və
"Azərbaycan antroponimiyasının əsasları”
kitablarının yenidən işlənmiş və əlavələr olunmuş üçüncü nəşrləri, eləcə də yubilyara həsr olunmuş
"Elin və elmin ağsaqqalı
(Professor Mədəd Çobanovun bədii obrazı)”
kitabı təqdim olunub.
Tədbiri giriş sözü ilə
Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov
açıb, görkəmli alimin həyat və fəaliyyətindən bəhs edib. Akademik bildirib ki, 80 yaşını təbrik etdiyimiz yubilyar - professor M.Çobanov Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, 28 tədris proqramının, 600-dək elmi məqalənin, ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox oçerkin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 110 elmi konfransın fəal iştirakçısı, 100-dən çox doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub. Onun elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-dək rəy, 60-a yaxın şeir və oçerk yazılıb.
Tədbirdə N.Cəfərovun yubilyara həsr etdiyi
"Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq”
kitabından da danışılıb. Məlumat verilib ki, kitabda M.Çobanovun mənalı həyat yolu, ictimai, elmi-pedaqoji, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyətindən bəhs olunur.
Kitabı Ulu öndər Heydər Əliyevin "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir” sözləri ilə başlayan müəllif ilk növbədə, türkologiya sahəsində xüsusi mövqeyə malik olan, alimlər arasında öz səsi, öz nəfəsi və qələmi ilə fərqlənən alimlərimizdən olan Mədəd Çobanovun Ümummilli lider Heydər Əliyevə həsr olunmuş
"Görkəmli strategiyaçı”
adlı kitabı və digər 2 cilddən ibarət
"Türk ədəbi dillərinin birliyinə doğru”, "Həyatnamə”
kimi sanballı əsərləri haqqında oxuculara ətraflı məlumat verir.
Qeyd olunub ki, professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə
GUAM təşkilatının diplomu,
2011-ci ildə
"Ən yaxşı vətənpərvər tədqiqatçı-alim – ilin alimi "Qızıl medal”
ı ilə təltif olunub. 2012-ci ildə isə
"Dədə Qorqud”
Fondu yubilyarı
"Qızıl ürək”
qızıl medalı
ilə mükafatlandırıb.
Akademik Nizami Cəfərov onu da bildirilib ki, professor, Nyu-York EA-nın akademiki Mədəd Çobanov çoxşaxəli elmi və metodik yaradıcılığa malik olan yenilikçi alimlərimizdəndir. Əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub. O, hansı mövzuda yazırsa yazsın, onun araşdırmalarına söz ola bilməz... Yaşının ahıl çağlarını yaşayan bu nurlu insan axtarıb-aramaqdan, dilimizin bu günkü vəziyyətinə, görkəminə nəzər salmaqdan doymur, yorulmur.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu
professor M.Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra söz
Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan dilçiliyi" kafedrasının müdiri, Əməkdar Elm Xadimi, görkəmli türkoloq-alim, filologiya elmləri doktoru, professor Nizami Xudiyev
M.Çobanovun dilçi filoloqlarımız arasında öz dəst-xətti ilə seçildiyini diqqətə çatdırıb. N.Xudiyev qeyd edib ki, bir alim kimi M.Çobanovun yaradıcılığı olduqca genişdir. O, gənclik enerjisi ilə araşdırmalar aparır, yeni-yeni uğurlara, nailiyyətlərə imza atır. Onun əsərləri elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətlidir.
Daha sonra yubilyarın həmkarları çıxış ediblər. Respublikamızın tanınmış alimləri -
Bakı Slavyan Universitetinin keçmiş rektoru, filologiya elmləri doktoru, professor Asif Hacılı, filologiya elmləri doktoru, professor Nəbi Əsgərov, Dəniz Akademiyasının keçmiş rektoru, AAHDM-nin kafedra müdiri Məmmədağa Quliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri Knyaz Aslan
və başqalarının məruzələri dinlənilib.
Görkəmli alimin elmi pedaqoji fəaliyyətindən bəhs edən
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev
M.Çobanovun əsərlərinin elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətli olduğunu vurğulayıb və professor M.Çobanovu
"Kamil ziyalı"
Fəxri diplomunu təqdim edib.
Əməkdar İncəsənət xadimi Eyvaz Borçalı, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, uzun müddət Milli Məclisdə baş məsləhətçi vəzifəsində çalışmış Əmirxan Babaşov, İrəvan Teatrının direktoru İftixar Piriyev, alimin Tbilisi Dövlət Pedaqoji Universitetində vaxtıilə dərs dediyi tələbələrindən - Gürcüstan-Ukrayna Universitetinin prorektoru, professor Mahmud Hacıxəlilov, ADPU-nun şöbə müdiri, filologiya elmləri namizədi, dosent Razim Məmmədli, Bakı Slavyan Universitetinin dosenti, filologiya elmləri namizədi Gültəkin Əliyeva, Azərbaycan Radiosunun Direktor müavini Mehman Vəliyev, "Şərqin səsi" qəzetinin redaktor müavini Murtuz Fərhadoğlu, və eləcə də alimin Darvaz kənd orta məktəbində vaxtı ilə dərs dediyi şagirdlərindən - hazırda Moskvada çalışan məşhur iş adamı və mesenat Ziya Abbasov, ehtiyatda olan hərbi polkovnik-leytenant Nazim Musayev və başqaları
çıxış edərək görkəmli alimin 80 illik həyat yoluna nəzər salaraq onun apardığı elmi araşdırmaların türkologiya tarixində xüsusi yeri olduğunu bildiriblər.
Daha sonra
"Kredo" qəzetinin Baş redaktoru Əlirza Xələfli, "Sabah" qəzetinin Baş redaktoru Şərif Kərimli, şairlərdən Dilsuz Musayev, Sabir Sadaxlı, Zamin Təhməzov, Xəyyam Nəbiyev, Əlizamin, Vəli Xramçaylı, Telli Sənəm və başqaları
çıxış edərək yubilyarla bağlı öz ürək sözlərini söyləyiblər.
"Qafqaz-Press” İctimai Birliyinin sədri Azadə Taleh Abbasqızı
yubilyarı təbrik edib və ona
"Qız qalası"
diplomunu təqdim edib.
Gürcüstan Azərbaycanlıları Konqresinin Bakıdakı nümayəndəsi Sərkərdə Sərxanoğlu
çıxış edərək,
Konqresin sədri Hüseyn Yusifov
un yubilyara ünvanladığı təbrik məktubunu oxuyub, bildirib ki, professor M.Çobanov Konqresin Fəxri Fərmanı ilə təltif olunub. S.Sərxanoğlu onu da diqqətə çatdırıb ki, görkəmli alimin yubileyi yaxın günlərdə Gürcüstanda da təntənə ilə qeyd olunacaq və Fəxri Fərman həmin tədbirdə şəxsən təqdim ediləcək.
"Dostluq məşəli" Cəmiyyətini sədri və eyniadlı qəzetin Baş redaktoru Fərman Borçalı, Hacı Ağaveyis Şirvani, tanınmış şair-dramaturq Ramiz Abdullayev, Salman Qazi, Sədi Yaradanqulu və başqaları
alimə həsr etdikləri şeirləri oxuyublar.
Alimin qardaşı oğlu - tanınmış həkim Səməd Çobanov
əmisini,
oğlu - tanınmış filoloq-jurnalist Müşfiq Borçalı
atasını,
nəvəsi - BDU-nun hüquq fakültəsinin IV kurs tələbəsi, dərs əlaçısı Aytac Mədədli
sevimli babasını təbrik etməklə yanaşı, həm də tədbir iştirakçılarına təşəkkür ediblər.
Sonda professor M.Çobanov özü də tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.
Sonra Yubiley tədbiri
"Tural”
restoranında bədii hissə ilə davam etdirilib.
Tanınmış şairlər, aşıqlar və incəsənət ustaları yubilyari ürəkdən təbrik edib, öz şeirləri və həzin mahnılari ilə tədbir iştirakçılarının şövqünü oxşayıblar. Aşıq Fikrət və Məsumə Nurun ifaları daha yaddaqalan olub.
80 il nədir ki...
Gözəl ailəsi, qazandığı çoxsaylı uğurlara əlavə Allahdan Mədəd müəllimə yalnız cansağlığı arzulayırıq!..
Sozcu.info
Oxşar Xəbərlər
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ
MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB... TƏBRİK EDİRİK!..
ABŞ-ın Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru BDU-da mühazirə oxuyub
Xəbər lenti
Hərbi qəniməti ŞƏXSİ MALI kimi istifadə etdi və... -
İTTİHAM VAR...
"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... +
FOTO
TƏCİLİ!
Fransa təyyarəsi Bakı hava limanında qəza enişi etdi
Yeni qərar bazarı silkələdi:
Azərbaycanda ət bahalaşacaq
Bu dərmanlarla bağlı qadağa ləğv edilir
Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… -
İLGİNC FAKTLAR
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
Sabiq baş pediatr özünü güllələdi -
RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyevin Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü
Rusiya ilə Azərbaycan arasında əlaqələr möhkəmləndirilir
Prezident 2 fərman imzaladı
Bu ərazilərə DOLU düşəcək, YAĞIŞ yağacaq -
Sabahın HAVASI
Ayın 25 və 26-sı ilə bağlı
CİDDİ XƏBƏRDARLIQ
Qadını benzinlə yandırdığı deyilən gənc vəzifəli şəxsin oğlu imiş
İlham Əliyev Sadır Japarovu qarşıladı
FOTOLAR
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq -
2026-cı ildən...
45 yaşlı kişinin qaçırdığı qız ailəsinə qaytarıldı -
Yenilənib
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Görün Bayden 32 il əvvəl Azərbaycana hansı pisliyi edib -
Faktlar açıqlandı
Təhsildəki kütləvi repititorluq... -
Məktəblər NƏ İŞƏ YARAYIR?
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var -
Ramiz Mehdiyevin qohumudur
Vətən müharibəsi qazisi Türkiyədə öldü -
FOTO
"3 müəllimə tarix dərsini pozaraq sinifə daxil olub, övladımı təhqir və təhdid ediblər" -
ŞİKAYƏT / FOTO
Gürcüstandan idxal qadağası:
qoyun əti bahalaşacaq
Ermənistandan Rusiyaya növbəti rədd cavabı
Professorla Ali Attestasiya Komissiyası arasında nə baş verib?
Azərbaycanda polisə çağırılan kişi özünü öldürdü
Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib?.. -
İLGİNC İDDİALAR...
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır –
Bazardakı qiymətdən 17,5 min bahadır
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: -
Komissiya yaradılması təklif edildi
"Borrel Gürcüstanın daxili işlərinə qarışır, Aİ siyasətçiləri həyasız və yalançıdırlar" -
Gürcüstanın Baş naziri
Prezidentdən 4 kənd açıqlaması:
Müharibədən dərhal sonra...
Azərbaycanın xarici dövlət borcu açıqlandı
Onlar əfv olunmaq istəyir
Prezidentdən sülh sazişi ilə bağlı daha bir -
AÇIQLAMA
Qanda şəkəri salan meyvə
Məktəb direktoru 300 min manat mənimsədi
Həyət evi almaq istəyənlərə şad xəbər:
15-20 min manat ucuzlaşacaq
Azərbaycanda tütün məmulatlarının idxalı ilə bağlı qanuna yeni dəyişikliklər edildi
Ermənistan Qarabağ uğrunda heç vaxt müharibə etməyəcək -
Paşinyan
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ -
NƏ ZAMANA QƏDƏR?
SON DƏQİQƏ!
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi -
ƏFV ÜÇÜN...
Məhkəmə Əvəz Zeynallı ilə bağlı QƏRAR VERDİ
Ramin Abdullayevin Gəncə sakinlərinə yaşatdığı Kərbəla müsibəti...
DAVAM EDİR...
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb -
FAKTİKİ HAVA
Müəllimlərə şad xəbər
QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” –
Və sahibkarları qəfil yoxlamaq dərdi
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Ərdoğanın İraqda imzaladığı sazişlərin Azərbaycana hansı təsirləri olacaq?
PRİZMA
Ənvər Börüsoyun adı gələndə…
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... +
FOTO
Ayın 25 və 26-sı ilə bağlı
CİDDİ XƏBƏRDARLIQ
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq -
2026-cı ildən...
Qanda şəkəri salan meyvə
Həyət evi almaq istəyənlərə şad xəbər:
15-20 min manat ucuzlaşacaq
Müəllimlərə şad xəbər
{sape_links}{sape_article}