Ərdoğan: “İsrail atdığı addımlarla səhvə yol verir”

 

"İsrail hökumətinin Qüdsdə tətbiq etdiyi məhdudiyyətlər qəbuledilməzdir”. "Anadolu” agentliyin
in verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti  Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"İbadətə gələn müsəlmanları terrorçularla eyni tutmaq böyük yanlışlıqdır. Bu vəziyyəti yalnız gərginləşdirir, həmçinin bütün bölgəyə zərər verir. "Əl-Aksa” məscidi bütün müsəlmanların göz bəbəyidir. İsrail atdığı addımlarla səhvə yol verir və yalnızlığa gedir”, deyə Ərdoğan bildirib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə "Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. Bundan sonra İsrail hökuməti "Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.  



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}