Rusiya zərbə briqadalarını sərhəddə toplayır - MÜHARİBƏ YAXINLAŞIR

Rusiya zərbə briqadalarını sərhəddə toplayır - MÜHARİBƏ YAXINLAŞIR

 

"Rusiya Ukrayna ilə sərhəddə qoşunların zərbə briqadalarını toplayır”.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəhbəri Viktor Mujenko "Liqa.net” saytına müsahibəsində deyib.

"Sərhəddə yaradılan üç yeni diviziyadan söhbət gedir. Bunlar 144-cü, 3-cü və 150-ci motoatıcı diviziyalardır. Onların formalaşması 2016-cı ildə başlanıb”, - Mujenko qeyd edib.

Onun sözlərinə görə, bu diviziyalar bilavasitə Ukrayna-Rusiya sərhədindədir:

"Həmçinin Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin 8-ci ümumqoşun ordusu formalaşdırılıb. Bu onu göstərir ki, Ukrayna-Rusiya sərhədində müəyyən hərbi qruplaşmalar yaradılır”.

Daha əvvəl Rusiya Silah Qüvvələri Baş qərargahındakı yüksək vəzifəli mənbəyə istinadən "Kommersant” nəşrinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin 8-ci ümumqoşun ordusunun komandanlığını təyin edib.

2018-ci ildən 8-ci orduya general-mayor Sergey Kuzovlev komandanlıq edəcək. General-mayor Oleq Sekov qərargah rəhbəri və Kuzovlevin birinci müavini təyin edilib. O, Transqafqaz, Zabaykal, Sibir və Şimali-Qafqaz hərbi dairələrində, həmçinin Monqolustanda xidmət edib.

8-ci ümumqoşun ordusu cənub-qərb strateji istiqamətində, hər şeydən əvvəl Ukrayna ilə sərhəddə təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}