İqtisadiyyat Nazirliyi: “Aİ-98 benzininin bahalaşması heç bir sahəyə təsir edə bilməz”

 

Xəbər verdiyimiz kimi, bu gün səhər "SOCAR Petroleum” yanacaqdoldurma məntəqələrində "Aİ-98 Super” benzininin qiyməti 10 qəpik bahalaşaraq, 1,30 manata bərabər olub. Bu dəyişikliklə bağlı sosial şəbəkələrdə və bir sıra aztirajlı saytlarda ajiotaj qaldırılıb və həmin qiymət dəyişikliyinin iqtisadiyyatın digər sahələrinə təsir edəcəyi bildirilir.

Məsələyə aydıqlıq gətirmək üçün virtualaz.org İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevə müraciət edib.

Nazirlik rəsmisi bildirib ki, "Aİ-98 Super” benzini tam həcmdə idxal edilir və onun qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. "Bildirmək istəyirəm ki, bu markalı benzindən çox az sayda "lüks” kateqoriyalı avtomobillərdə istifadə olunur və "Aİ-98 Super” markalı benzinin bahalaşması digər heç bir sahədə hər hansı dəyişikliyə səbəb ola bilməz”, - A.Əliyev vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}